cümə 14 noyabr 2025 - 21:33
Məhdəviyyət mövzuları (22) | İmam Mehdinin (ə.f) idarəçilik üslubu

Hövzə / İmam Mehdinin (ə.f) yolu elə Məhəmməd peyğəmbərin (s) yolunun davamıdır. İmam Mehdinin (ə.f) yolu və fəaliyyəti elə Məhəmməd peyğəmbərin (s) yolu ilə tam olaraq eynidir. Necə ki, peyğəmbər öz dövründə cahiliyyətin bütün sahələrinə qarşı mübarizə apararaq, dünya və axirət səadətinin təminatçısı olan doğru və düzgün İslamı insanlara hakim etmişdi, eləcə də İmam Mehdi (ə.f) zühur etdikdə, qədim cahiliyyətdən də daha çətin və təhlükəli olan yeni cahiliyyətlə mübarizə aparacaq və Allah dininin dəyərləri müasir cahiliyyətin xarabalıqları üzərində yenidən quracaqdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal Cəmiyyətə Doğru” adlı Məhdəviyyət mövzuları toplusu, İmam Zamanın (ə.f) barəsindəki təlim və maarifləri yaymaq məqsədilə dəyərli oxucuların ixtiyarına təqdim olunur.

Hər bir hökmdarın öz hakimiyyəti və idarəçiliyinin müxtəlif sahələrində özünəməxsus bir yolu olur ki, bu da onun hakimiyyətinin əsas xüsusiyyətlərindən sayılır. İmam Mehdi (ə.f) də dünya hakimiyyətini öz əlinə aldıqda, qlobal idarəçilik sistemində xüsusi bir metoda əsaslanacaqdır.

İlk növbədə vurğulanmalıdır ki, rəvayətlər həmin böyük şəxsiyyətin yoluna dair ümumi bir təsvir təqdim edir və bu təsvir ondan ibarətdir ki, İmam Mehdinin (ə.f) yolu Allah Rəsulunun (sallallahu əleyhi və alih) yolu ilə tamamilə eynidir. Necə ki, peyğəmbər öz dövründə cahiliyyətin bütün təzahürlərinə qarşı mübarizə apararaq dünya və axirət səadətinin təminatçısı olan doğru və düzgün İslamı, cəmiyyətinə hakim etmişdi eləcə də İmam Mehdi (əleyhis-salam) zühur etdiyində, qədimdən də daha çətin və təhlükəli olan müasir cahiliyyətlə qarşılaşacaq və Allah dininin dəyərləri müasir cahiliyyətin xarabalıqları üzərində yenidən quracaqdır.

İmam Sadiqdən (ə) İmam Mehdinin (ə.f) yolu barədə soruşulduqda belə buyurmuşdur:


یَصْنَعُ کَمَا صَنَعَ رَسُولُ اَللَّهِ صَلَّی اَللَّهُ عَلَیْهِ وَ آلِهِ یَهْدِمُ مَا کَانَ قَبْلَهُ کَمَا هَدَمَ رَسُولُ اَللَّهِ صَلَّی اَللَّهُ عَلَیْهِ وَ آلِهِ أَمْرَ اَلْجَاهِلِیَّةِ وَ یَسْتَأْنِفُ اَلْإِسْلاَمَ جَدِیداً. (الغیبه نعمانی، ج ۱، ص ۲۳۰)

«O da Peyğəmbərin (sallallahu əleyhi və alih) etdiyi kimi edəcək. Necə ki, peyğəmbər cahiliyyət dövrünə aid olan bütün adət və qaydaları aradan qaldırdı, o da zühurundan əvvəl mövcud olan cahiliyyətdən qalan adət-ənənələri aradan götürəcək və İslamı yenidən bünövrədən quracaqdır.»
(Əl-ğeybətu Numani, c.1, s.230)

Bu İmam Mehdinin (əleyhis-salam) hakimiyyəti dövründəki ümumi siyasətidir. Təbii ki, zamanın dəyişməsi idarəçilik və icra üsulunda bəzi fərqlərə səbəb olacaqdır ki, bu məsələlər rəvayətlərdə bəhs edilmişdir.

İmam Mehdinin (ə.f) cihad və mübarizə yolu

İmam Mehdi (əleyhis-salam) öz qlobal inqilabı ilə küfr və şirk ocaqlarını yerdən kökündən kəsəcək və bütün insanları müqəddəs İslam dininə dəvət edəcək. Bu barədə Peyğəmbəri Əkrəm (sallallahu əleyhi və alih) belə buyurmuşdur:
سُنَّتُهُ سُنَّتِی یُقِیمُ النَّاسَ عَلَی مِلَّتِی وَ شَرِیعَتِی.  (کمال الدین، ج ۲، ص ۴۱۱)

«Onun yolu, mənim yolumdur. O, insanları mənim dinim və şəriətim üzrə sabit edəcək.»
(Kəmalud-din, c.2, s.411)

Bununla belə İmam Mehdi (ə.f) elə bir zamanda zühur edəcək ki, haqq tam şəkildə bəyan edilmiş, bütün dəlillər dünya xalqlarına çatdırılmış və heç bir bəhanə yeri qalmamış olacaqdır. Bununla yanaşı, bəzi rəvayətlərə əsasən, İmam Mehdi (əleyhis-salam) müxtəlif din və qruplarla onların öz etiqad prinsipləri əsasında mübahisə edəcəkdir.

İmam Baqir (əleyhis-salam) buyurur:
یَسْتَخْرِجُ التَّوْرَاةَ وَ سَائِرَ کُتُبِ اللَّهِ عَزَّ وَ جَلَّ مِنْ غَارٍ بِأَنْطَاکِیَةَ وَ یَحْکُمُ بَیْنَ أَهْلِ التَّوْرَاةِ بِالتَّوْرَاةِ وَ بَیْنَ أَهْلِ الْإِنْجِیلِ بِالْإِنْجِیلِ وَ بَیْنَ أَهْلِ الزَّبُورِ بِالزَّبُورِ وَ بَیْنِ أَهْلِ الْقُرْآنِ بِالْقُرْآنِ.  (الغیبه نعمانی، ص۲۳۷)
«İmam Mehdi (ə.f) Tövratı və digər bütün ilahi kitabları Antakya şəhərindəki bir mağaradan çıxaracaq və Tövrat əhlinə Tövratla, İncil əhlinə İncil ilə, Zəbur əhlinə Zəburla və Quran əhlinə Qurana əsasən hökm verəcək.»
(Əl-ğeybətu Numani, s. 237)


İmam Mehdinin (ə.f)ın məhkəmə və hüquqi yolu

Zühur edəcək vədolunmuş İmam Mehdi (ə.f) bütün yer üzündə ədaləti bərqərar etmək üçün ehtiyatda saxlanıldığından, öz ilahi missiyasını yerinə yetirmək üçün möhkəm və sarsılmaz bir məhkəmə sisteminə ehtiyac duyur. Buna görə də İmam Mehdi (ə.f) bu sahədə öz uca cəddi İmam Əlinin (əleyhis-salam) yolu ilə hərəkət edəcək və insanların tapdanmış haqlarını bərpa etmək üçün ciddi şəkildə çalışacaq, haqq harada olursa-olsun onu sahibinə qaytaracaqdır.

Qeyd edilməlidir ki, bəzi rəvayətlərə əsasən, İmam Mehdi (əleyhis-salam) qəzavət (mühakimə) məsələsində Həzrət Süleyman və Həzrət Davud (əleyhumas-salam) kimi davranacaqdır. Yəni hökm verərkən şahid ifadəsinə əsaslanmayacaq, ilahi elmə arxalanacaqdır.

İmam Sadiq (əleyhis-salam) bu barədə belə buyurur:
إذا قام قائم آل محمد حکم بحکم داود وسلیمان لا یسأل الناس بینة.  (بحارالانوار، ج ۵۲، ص ۳۲۰)

«İmam Mehdi (əleyhis-salam) qiyam etdikdə, Davud və Süleyman (əleyhumas-salam) kimi hökm edəcəkdir. Yəni insanlardan dəlil və şahid istəməyəcək.»
(Biharul-ənvar, c.52, s.320)

İmam Mehdinin (ə.f) idarəçilik yolu

Hökumətin əsas sütunlarından biri onun məmurlarından ibarətdir. Hakimiyyət sahibləri layiqli və düzgün insanlar olduqda, dövlət və millətin idarəçiliyi nizamlı şəkildə irəliləyir və hökumətin məqsədlərinə çatmaq daha asan olur.

Bu barədə Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) belə buyurur:
عَلامَةُ الْمَهْدی اَنْ یکُونَ شَدیداً عَلَی الْعُمّالِ جَواداً بِالْمالِ رَحیماً بِالْمَساکین. (معجم احادیث الامام المهدی ع، ج ۱، ص ۲۴۶)
«İmam Mehdinin (əleyhis-salam) nişanəsi odur ki, o, təyin etdiyi məmurlara qarşı ciddi və dəqiq, həmçinin fəqir və kasıblara qarşı mərhəmətli olacaqdır.
(Mucəm əhadisil İmam Mehdi, c.1, s.246)

İmam Mehdinin (ə.f) iqtisadi yolu

Ədalət və insafın təcəssümü olan İmam Mehdi (əleyhis-salam), beytülmalı yəni ümumi ümmətə məxsus sərvəti heç bir ayrı-seçkiliyə və imtiyazçılığa yol vermədən bütün insanların bərabər şəkildə ortaq olduqları bir nemət kimi idarə edəcəkdir.

Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurur:
«اِذا قامَ قائِمُنا اضْمَحَلَّت الْقَطائِعُ فَلاقَطائِع.» (بحارالانوار، ج ۵۲، ص ۳۰۹)

«Qaimimiz qiyam etdikdə, (zülmkar hakimlərin özlərinə və ya başqalarına hədiyyə etdikləri) bütün torpaq payları qaytarılacaq və ümumiyyətlə belə mülklər mövcud olmayacaq.»
(Biharul-ənvar, c.52, s.309)

Həmçinin İmam Mehdinin (ə.f) maliyyə siyasətinin əsas xüsusiyyətlərindən biri budur ki, o, insanların maddi ehtiyaclarını aradan qaldırmaq və hamı üçün müvafiq rifah səviyyəsi yaratmaq məqsədilə geniş şəkildə sərvət paylayacaq. Onun hakimiyyəti dövründə hər bir ehtiyac sahibi müraciət etdikdə, ehtiyacını tam şəkildə qarşılayan bol pay alacaqdır.

Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurur:
 یکون فی آخر أمتی خلیفة یحثو المال حثوا.  (معجم أحادیث الإمام المهدی ع، ج ۱، ص ۲۳۲)

«Ümmətimin axırında bir xəlifə olacaq ki, mal-dövləti bol-bol paylayacaqdır.»
(Mucəm əhadisil İmam Mehdi, c.1, s.232)

İmam Mehdinin (ə.f) şəxsi yolu

İmam Mehdinin (əleyhis-salam) şəxsi davranışı və xalqla ünsiyyəti ideal bir islam rəhbərinin nümunəsidir. O, hakimiyyəti var-dövlət toplamaq, zülm etmək və insanları istismar etmək vasitəsi kimi deyil, insanlara xidmət göstərərək onları kamala çatdırmaq üçün bir vəzifə kimi qəbul edir.

Doğrudan da salehlərin həmin imamı hakimiyyət kürsüsündə Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) və Əmirəl-möminin Əlinin (əleyhis-salam) hökumətlərini xatırladır. Bütün sərvətlər onun ixtiyarında olsa belə, öz şəxsi həyatında ən sadə və təvazökar səviyyədə yaşayır, ən azı ilə kifayətlənir.

İmam Sadiq (əleyhis-salam) onun barəsində belə buyurur:

فَوَ اَللَّهِ مَا لِبَاسُهُ إِلاَّ اَلْغَلِیظُ وَ مَا طَعَامُهُ إِلاَّ اَلشَّعِیرُ اَلْجَشِبُ.  (الغیبه شیخ طوسی، ج ۱، ص ۴۵۹)

«Allaha and olsun ki, onun geyimi qalın və sadə olacaq, yeməyi isə adi arpa çörəyindən ibarət olacaq.»
(Əl-ğeybətu Şeyx Tusi, c.1, s.459)

İmam Sadiq (əleyhis-salam) başqa bir rəvayətdə belə buyurur:
 اِنَّ قائِمَنا اِذا قامَ لَبِسَ لِباسَ عَلِی وَ سارَ بِسیرَتِهِ.  (وسائل‌الشیعه، ج ۵، ص ۱۷)

«Qaimimiz qiyam etdikdə, İmam Əlinin (əleyhis-salam) libasını geyəcək və onun yolu ilə gedəcək.»
(Vəsailuş-şiə, c.5, s.17)

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Rəyiniz

You are replying to: .
captcha